Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Səfir bununla bağlı özünün “X” hesabında paylaşım edib.
“Bu gün Xocalı faciəsinin qurbanlarını bütün azərbaycanlılarla birgə yad edirəm. Allah rəhmət eləsin!” - Fergus Auld qeyd edib.