Böyük Britaniya parlamentinin iki üzvü Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Lragir” qəzeti məlumat yayıb.
Böyük Britaniya - Ermənistan parlamentlərarası dostluq qrupunun üzvü olan Stiven Paund və Con Uitinqdeyl sentyabrın 18-də separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanla görüşüblər.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki mövcud vəziyyət və regionla bağlı müxtəlif məsələlər müzakirə olunub.