"Bu gün Baş nazir Endi Börnhemin məktubunu Prezident İlham Əliyevə təqdim etdim".
Oxu.Az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvar Bakıda keçirilən Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.
O bildirib ki, məktub Böyük Britaniyanın Azərbaycanla tərəfdaşlığa sadiqliyini və onu daha da dərinləşdirmək əzmini ifadə edir:
"Bu məktub bizim ikitərəfli tərəfdaşlıqla və uzunmüddətli münasibətlərlə qürur duyduğumuzun aydın göstəricisidir. Ümid edirəm ki, məktubun ruhu onun sözlərindən də daha aydın şəkildə həm hökumətiniz, həm də böyük Azərbaycan xalqı tərəfindən hiss olunur. Lakin mən ənənəvi münasibətlərdən kənara çıxaraq ölkələrimiz arasında daha müasir və gələcəyə yönəlmiş münasibətlər qurmağımızı istəyirəm. Bəli, Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə töhfə veriblər".