Britaniya vizası üçün müraciətlər aprelin 1-dən sonra ölkənin Azərbaycandakı səfirliyində yox, Bakının mərkəzində yerləşən özəl xarici şirkətdə qəbul ediləcək.
Oxu.Az xəbər verir ki, bunu BBC Azərbaycana açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq bildirib.
Onun sözlərinə görə, Britaniyanın dünyada 300-dən çox viza mərkəzlərini idarə edən şirkətlə müqavilə 1 apreldə qüvvəyə minəcək.
“Artıq müraciətlərin qəbul ünvanın yenilənməsi ilə əlaqədar işlərə başlanılıb. Fevraldan isə, müraciət edənlərə təklif edilən viza xidmətlərinə müəyyən dəyişikliklər edilməyə start veriləcək.
Bu dəyişiklərə dünya boyunca müraciət ünvanlarının artırılması aiddir. Həmçinin ola bilər ki, bəzi ölkələrdə iş saatı azaldılsın, yaxud az müraciət alan viza mərkəzləri müraciət edənlərdən təklif edilən xidmətlər müqabilində xidmət haqqı alsın”.