Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

BTQ-nin İcraçı direktoru BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edir
BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov müstəmləkəçilik siyasətinin yaratdığı sosial və iqtisadi problemlərlə bağlı çıxış edib.
Oxu.Az xəbər verir ki, Xüsusi Məruzəçi ilə interaktiv dialoq zamanı A.Abbasov Fransanın müstəmləkə ərazilərində - Kanaki (Yeni Kaledoniya) və Fransız Qvianasında insanların hüquqlarının təmin edilmədiyini vurğulayaraq, insanların səhiyyə, təhsil və digər əsas sosial xidmətlərə çıxışda ciddi çətinliklərlə üzləşdiyini bildirib.
O, beynəlxalq sənədlərdə öz əksini tapmış, doğulduğu andan insan ləyaqətinə, şəxslərin fərdi azadlığı və müstəqilliyinə, təhsil hüququna və s. hörmət edilmədiyini bildirib.

"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- BMT İranın uran ehtiyatları ilə bağlı təcili iclas keçirəcək
- Azərbaycan Ermənistanın mina təhlükəsi ilə bağlı ittihamlarına cavab verdi
- Azərbaycan BMT-də minaların fiziki məhdudiyyətli insanlara təsiri ilə bağlı narahatlığını ifadə edib
- Yarıtmaz daxili, dişsiz xarici siyasət - Makron Fransası artıq güc mərkəzi deyil
- İranda islahatçılarla mühafizəkarlar arasındakı ziddiyyətlər dərinləşir - "Kaspi"nin şərhi