Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasına dair protokola imza atıblar.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən məlumat verib.
İmzalanma mərasimi Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasından sonra Həştərxanda baş tutub.
İclasda hər iki tərəfdən nümayəndə heyətlərinin tərkibinə Rusiya Federasiyasının və Azərbaycanın nazirlik və idarələrinin, gömrük xidmətlərinin, bank sektorunun 40-dan çox nümayəndəsi daxil edilib.
Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 23-cü iclası keçirilir.
Oxu.Az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
Görüşdən əvvəl Azərbaycan nümayəndə heyətinin üzvləri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Mərasimdə hökumətlərarası komissiyanın Rusiya hissəsinin həmsədri, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov iştirak ediblər.
Avqustun 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçiriləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, iclas Həştərxanda baş tutacaq.
Komissiyanın iclasında iqtisadi sahədə bir sıra sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevdir.