Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bulvar daha da gözəlləşəcək
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının saytına istinadən xəbər verir ki, sərəncama əsasən Dənizkənarı Bulvarda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 10 (on) milyon manat ayrılıb.
"Bakı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar