Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Şuşa” döş nişanı ilə təltif olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə diplomat özünün “Twitter” hesabından xəbər verib.
“Şuşa İli”ndə “Şuşa” döş nişanı ilə təltif edilməyi böyük şərəf adlandıran səfir Azərbaycan mədəniyyət naziri Anar Kərimova təşəkkürünü bildirib.
“Şuşa Bəyannaməsinin müddəaları çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün çalışacağıq”, - deyə Cahit Bağçı qeyd edib.
Şuşa yılında ‘Şuşa Madalyası’ ile taltif edilmek benim için büyük bir onurdur.
— Cahit Bağcı (@cahitbagci) October 8, 2022
Azerbaycan Medeniyet Nazırı sayın Anar Kerimov’a teşekkür ediyorum. #ŞuşaBeyannamesi hükümleri çerçevesinde 🇹🇷🇦🇿 ilişkilerinin her alanda geliştirilmesi için aşk ile gayretle çalışacağız. @Anar_Karim pic.twitter.com/slR08pg4Sw