Azərbaycan prezidenti İlham Əliyev Cavanşir Kazım oğlu Qurbanovun II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, C. Qurbanov Azərbaycanda idman sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, Cavanşir Qurbanov 1994-cü ildən etibarən Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir.

A.M.