"Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir".
Oxu.Az xəbər verir ki, bunu bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində Çex Respublikasının Baş naziri Andrey Babiş APA-ya açıqlamasında deyib.

O bu məsələni Azərbaycan Prezidenti ilə müzakirə etdiklərini və layihələrdə iştirak etməyə hazır olduqlarını bildirib.
"Bu ərazilərdə investisiya imkanlarını araşdırmaq niyyətindəyik", - Andrey Babiş vurğulayıb.
Çex Respublikasının baş naziri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb.
O qeyd edib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi Çexiyanı sevindirir: "Bu proses bizi sevindirir. Münasibətlərin normallaşması və regionda gərginliyin azalması müsbət haldır və biz bunu dəstəkləyirik".