"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər".
Bu fikirləri Oxu.Az-a açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan deyib.
O xatırladıb ki, ötən il Xankəndidə keçirilən görüşdə İran namizədliyini irəli sürmüş və bu barədə müvafiq qərar verilmişdi:
"Bu, hazırda müzakirə olunan məsələlərdən biridir. Hazırda ECO üçün dəyişən əsas məqam ondan ibarətdir ki, artıq ikiillik sədrliyə keçid edilib. Pakistan hazırda 2026-cı il üçün İƏT-ə sədrlik edir və 2027-ci ildə də sədrliyi davam etdirəcək. Bu isə yeni bir yanaşmadır və ilk dəfə tətbiq olunur. Baş verən münaqişə fonunda biz İran hökumətindən rəsmi məlumatları gözləyirik".