Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərini nəzərdən keçiriblər. Nazirlər həmçinin beynəlxalq platformalarda əməkdaşlıq istiqamətlərindən və qarşılıqlı dəstəkdən məmnun olduqlarını bildiriblər.
Eyni zamanda, digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
- Ceyhun Bayramov: "Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi mümkünsüzdür"
- Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər müzakirə olunub
- Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM
- Azərbaycanın Keniyada səfirliyi açılıb