Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ceyhun Bayramov gözlənilən Brüssel görüşündən danışdı: “Müsbət qiymətləndiririk”
“Biz Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin davam etməsinin və münasibətlərin normallaşmasının tərəfdarıyıq. Biz danışıqların olmasını müsbət qiymətləndiririk”.
Oxu.Az-ın məlumatına əsasən, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşü barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, müxtəlif səbəblərdən danışıqlar prosesində müəyyən fasilələr yaranmışdı.
“Azərbaycan tərəfinin bu istiqamətdə yanaşması hər zaman ardıcıl və davamlıdır. Əfsuslar olsun ki, vaxtaşırı Ermənistan tərəfindən qeyri-ardıcıl, ziddiyyətli yanaşmalar və fikirlər səslənir. Bilirsiniz ki, sülh danışıqları ilə bağlı da altı aya yaxın fasilə olmuşdu. Beynəlxalq vasitəçilərin rolu ilə bu danışıqlar yenidən başladı. Müəyyən fasilədən sonra liderlər səviyyəsində görüşün keçirilməsi müsbət haldır”, - deyə o əlavə edib.
Qeyd edək ki, nüfuzlu “Financial Times” nəşri mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcəyini yazıb.
Görüş Avropa İttifaqının Prezidenti Şarl Mişel tərəfindən təşkil ediləcək.
Aqşin Kərimov
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Bayramov və Lavrov təyyarə qəzası ilə bağlı hadisələri müzakirə ediblər
- Ceyhun Bayramov Hakan Fidanla regional və beynəlxalq təhlükəsizliyi müzakirə etdi
- Ceyhun Bayramov TDT-nin baş katibini qəbul edib
- Azərbaycan və Gürcüstan XİN başçıları arasında telefon danışığı olub
- Özbəkistan XİN rəhbəri Ceyhun Bayramova zəng edib