"Hindistan-Pakistan gərginliyi ilə bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır, digər mövzularda olduğu kimi".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, iki ölkə ərazisində gərginliyin başlama səbəbi odur ki, Hindistan Pakistan ərazisinə zərbələr endirməyə başladı:
"Biz bunun qəbuledilməzliyini dedik və pislədik. Bizim hər iki tərəfə çağırışlarımız odur ki, bu gərginliyə ən qısa zamanda son versinlər. Məsələnin siyasi, diplomatik müstəvidə həll edilməsi üçün çağırış etdik.
Kimsə bizim bu mövqeyimizdən narazıdırsa, diqqətlə baxmalıdır, Azərbaycan məsələyə çox məntiqli formada yanaşır".
Məhərrəm Əliyev