Bu gün Pakistan xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak üçün dəvəti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova təqdim edilib.
Bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee “Twitter” hesabında qeyd edib.
İƏT Xarici İşlər Nazirləri Şurasının iclası martın 22-23-də Pakistanın paytaxtı İslamabad şəhərində keçiriləcək.
On instruction of Foreign Minister @SMQureshiPTI, I delivered invitation for 48th CFM to Foreign Minister of Azerbaijan H.E. @bayramov_jeyhun. Meeting of OIC Foreign Ministers will be held in Islamabad on 22-23 March. @ForeignOfficePk@AzerbaijanMFA pic.twitter.com/kBLOnY0Mly
— Bilal Hayee (@BilalHayee) January 26, 2022