Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 15-də ilk dəfə olaraq Mərkəzi Asiya ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Axror Burxanov "X" sosial şəbəkə hesabında açıqlayıb.
"Regional həmrəylik gücləndikcə ortaq inkişaf üçün yeni imkanlar da genişlənir. Daşkənddəki bu görüşün daha bir vacib aspekti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ilk dəfə bu formatda iştirak etməsidir", - deyə o, paylaşımında yazıb.
Burxanovun sözlərinə görə, Bayramovun görüşdə iştirakı yaxın dost və tərəfdaş dövlətlə çoxplanlı münasibətlərin daha da genişlənməsindən xəbər verir:
"İclas çox məhsuldar, açıq və etimada əsaslanan şəraitdə keçib. XİN başçıları regionumuzun dayanıqlı inkişafı, təhlükəsizliyi və rifahı ilə bağlı ən aktual məsələləri ətraflı müzakirə ediblər".
Markaziy Osiyo davlatlari tashqi ishlar vazirlarining navbatdagi yig‘ilishi juda samarali, ochiq va o‘zaro ishonch ruhida o‘tmoqda — mintaqamiz barqaror rivoji, xavfsizligi va farovonligi uchun eng dolzarb masalalar atroflicha muhokama qilinmoqda.
— Akhror Burkhanov (@AkhrorBurkhanov) November 15, 2025
Bugun Markaziy Osiyoda mutlaqo… https://t.co/lmDRbBd1m8 pic.twitter.com/blEQlHwafs