Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçının Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Azərbaycan XİN başçısı bu barədə "X" sosial hesabında paylaşım edib.
"Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də iki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!" - C. Bayramov paylaşımda qeyd edib.
Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) March 29, 2026
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də İki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir.
İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!… https://t.co/Y2ZIm1Eew4
Daha əvvəl İranın XİN başçısı Abbas Əraqçı humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.