Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ceyhun Bayramov İsrail XİN rəhbərini sülh gündəliyi barədə məlumatlandırıb
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabi şəhərində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, humanitar sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu qeyd olunub.
Tərəflər, habelə, yüksək texnologiyalar, səhiyyə və təhsil sahələrindəki təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Ölkəmizin, Yaxın Şərq regionunda sülh və sabitliyin bərqərar edilməsini, o cümlədən İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli prosesini dəstəklədiyi bir daha qeyd olunub.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi: Növbəti AZAL-ın təyyarəsi ola bilər
- Azərbaycan və Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə ediblər
- Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
- Ceyhun Bayramov: "Diplomatiyanın əsas məqsədlərindən biri də vasitəçilikdir"
- Ceyhun Bayramov: "2020-ci ildən partlayışların hamısı mina xəritəsi təqdim edilməyən yerlərdə olub"