Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də Bakıda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Minister @Bayramov_Jeyhun welcomes @Kajakallas, EU High Representative for Foreign Affairs and Security Policy/Vice-President of the European Commission @AzerbaijanMFA.@eu_eeas pic.twitter.com/ovEkQEab1W
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 25, 2025
Qarşılanma mərasimindən sonra təkbətək görüşdə tərəflər Azərbaycan-Aİ ikitərəfli münasibətlərini və regional təhlükəsizlik məsələləri müzakirə ediblər. Qarşılıqlı maraqlar və anlaşmaya əsaslanan hörmətli, tarazlaşdırılmış dialoqu qorumağa diqqət yetirilib.
A one-on-one meeting between Minister @Bayramov_Jeyhun and High Representative @Kajakallas has started @AzerbaijanMFA.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 25, 2025
Azerbaijan-EU bilateral relations and regional security issues are high on the agenda.
Emphasis was placed on maintaining respectful, balanced dialogue… pic.twitter.com/yaTwWVz7v2
Geniş tərkibdə keçirilən görüşdə müzakirələr Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid kimi əməkdaşlıq sahələri, həmçinin Azərbaycanın regional bağlantıya və təmiz enerji təchizatına töhfəsi üzərində cəmləşib.
An expanded meeting has started between Minister @Bayramov_Jeyhun and High Representative @Kajakallas @AzerbaijanMFA.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 25, 2025
Discussions focused on current affairs and perspectives of Azerbaijan-EU relations, including cooperation areas such as energy, trade, transport, and green… pic.twitter.com/nnV7btbd0D
Görüş zamanı, həmçinin münaqişədən sonrakı vəziyyət də daxil olmaqla regional təhlükəsizlik məsələləri müzakirə edilib.
C.Bayramov Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha vurğulayıb ki, Ermənistanın konstitusiyasına Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmaq üçün düzəliş edilməsi sülh sazişinin imzalanması üçün ilkin şərtdir.