Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ceyhun Bayramov MDB baş katibini qəbul edib - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevi qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı MDB çərçivəsində gündəlikdə duran aktual məsələlər, əməkdaşlıq perspektivləri, habelə növbədənkənar prezident seçkisinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığı uğurla davam etdirdiyini bildirərək, Birliyə üzvlüyümüzün sosial, mədəni, humanitar sahələrdə münasibətlərin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Cari ilin 7 fevral tarixində baş tutacaq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi ilə bağlı görülən işlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov sözügedən seçkinin 30 ildən artıq müddətdən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. Seçkinin təşkili ilə bağlı bütün hazırlıq işlərinin görüldüyü, eyni zamanda beynəlxalq müşahidəçilərin, habelə xarici media nümayəndələrinin seçkini müşahidə etməsi üçün lazımi tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Ceyhun Bayramov, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ölkə xaricində yaşayan, habelə uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşlarımızın seçki hüquqlarını həyata keçirməsi məqsədilə aidiyyəti işlərin görüldüyünü, bu istiqamətdə 37 xarici ölkədə 49 seçki məntəqəsinin yaradıldığını bildirib.
Sergey Lebedev Azərbaycanda keçiriləcək seçkinin müşahidəsində iştirakla bağlı dəvətə görə təşəkkür ifadə edərək, hazırlıq işlərinin peşəkarlıqla aparılmasının təqdirəlayiq olduğunu bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Əli Əsədov Qahirədə Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib
- Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək
- XİN başçısı: "Ermənistandan qətiyyətli addımlar gözləyirik"
- XİN başçısı: "Araz çayı üzərində körpü tikintisi davam edir"
- Azərbaycan XİN rəhbəri: "Sülh müqaviləsinin mətni üzrə bəlli irəliləyişlər əldə edilib"