Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Özbəkistan Prezidenti Şafkat Mirziyoyev ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, C.Bayramov Özbəkistanı bu nüfuzlu qlobal tədbirin uğurla keçirilməsi və mükəmməl təşkilinə görə səmimi şəkildə təbrik edib.
I was pleased to meet with the esteemed President @president_uz Shavkat Mirziyoyev on the sidelines of the 43rd @UNESCO General Conference in Samarkand.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) October 30, 2025
I warmly congratulated Uzbekistan on the successful hosting and outstanding organization of this remarkable event.
🇦🇿🤝🇺🇿 pic.twitter.com/xDYpKkD3Ln