Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın paytaxtı İslamabadda səfərdədir.
Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabada ikigünlük rəsmi səfərə gəlib", - xarici siyasət idarəsinin mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın baş diplomatını Pakistanın xarici işlər katibinin Əfqanıstan və Qərbi Asiya üzrə köməkçisi Əhməd Nasim Varraiç qarşılayıb.
"Xarici işlər naziri Ceyhun Bayramov Baş nazir Məhəmməd Şahbaz Şərifin qəbulunda olacaq və baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə geniş müzakirələr aparacaq", - XİN bildirib.
16:30
Xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksəksəviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.