Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ceyhun Bayramov polşalı həmkarı ilə Azərbaycan-Aİ münasibətlərini müzakirə etdi
Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, Polşa xarici işlər naziri "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.
Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib.
Daha sonra, növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının gələcək perspektivləri ətraflı müzakirə olunub.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazirlər telefon danışığı zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Azərbaycan və Litva XİN başçıları təyyarə qəzasını müzakirə ediblər
- Bayramov və Lavrov təyyarə qəzası ilə bağlı hadisələri müzakirə ediblər
- Ceyhun Bayramov Hakan Fidanla regional və beynəlxalq təhlükəsizliyi müzakirə etdi
- Ceyhun Bayramov TDT-nin baş katibini qəbul edib
- Azərbaycan və Gürcüstan XİN başçıları arasında telefon danışığı olub