Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ceyhun Bayramov suriyalı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriyalı həmkarı Əsəd əl-Şeybani ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında deyilir.
Tərəflər İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində bir araya gəliblər.
Müzakirələr zamanı nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Humanitar yardım təşəbbüslərinin gücləndirilməsinə və münaqişədən sonra bərpa səylərində əməkdaşlıq imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib.
Suriyaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların aradan qaldırılmasının ölkənin yenidən qurulması və uzunmüddətli inkişafının asanlaşdırılmasında mühüm rol oynayacağı vurğulanıb.
Nazirlər, həmçinin Yaxın Şərqdə baş verən hadisələrə, İsrail və İran arasında son eskalasiyaya diqqət yetirməklə, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar.
Within the framework of the 51st Session of the OIC Council of Foreign Ministers #OICCFM51 #OICIstanbul, Foreign Minister @Bayramov_Jeyhun met with Asaad Al‑Shibani, Foreign Minister of Syria.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 21, 2025
During their discussions, the two Ministers engaged in a comprehensive exchange of… pic.twitter.com/oiSVRVaZDB

"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
- Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
- Diplomatların peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub
- Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub
- Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsi öz işinə başlayıb