Mayın 6-da xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Ceyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblər - VİDEO
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna prezidentləri arasında aparılmış danışıqlardan və əldə olunmuş razılıqlardan irəli gələn məsələlər, Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual mövzuları müzakirə edilib.