Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ceyhun Bayramovun Mirzoyan və Blinkenlə üçtərəfli görüşü başa çatıb - YENİLƏNİB + FOTO
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən üçtərəfli görüş başa çatıb.
“Report”un ABŞ-dakı bürosu xəbər verir ki, Dövlət Departamentinin təşəbbüsü ilə Ağ evin tarixi rəsmi qonaq evi “Blair House”da baş tutan görüşdə E.Blinken Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin cəsur addımlarını yüksək qiymətləndirdiyini bildirib:
“Hazırda gördüklərimiz hər iki ölkənin keçmişi geridə qoyması və davamlı sülhə doğru çalışması üçün real və cəsarətli addımlardır. Həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar bu səylərdə sizə dəstək olmaq üçün əlindən gələni etmək əzmindədir”.
E.Blinken qeyd edib ki, danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasında baş tutan müzakirələr, həmçinin Ermənistan, Azərbaycan və ABŞ rəsmiləri arasında aparılan digər görüşlərə əsaslanacaq.
02:00
ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti dəfə üçtərəfli görüş başlayıb.
Bu barədə XİN-in “Twiter” səhifəsində foto paylaşılıb.
HAPPENING NOW: A trilateral meeting of Foreign Ministers of #Azerbaijan @Bayramov_Jeyhun and #Armenia @AraratMirzoyan with #US Secretary of State @SecBlinken. pic.twitter.com/kAWEnGCm88
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 7, 2022
01:26
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ-nın dövlət katibi Entonu Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş Vaşinqtondakı tarixi rəsmi qonaq evi olan “Blair House"də keçiriləcək.
“Report”un ABŞ-dakı bürosu xəbər verir ki, hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti dəfə üçtərəfli görüş keçirildiyi məkanda son hazırlıqlar gedir.
Görüşdən öncə tərəflərin yerli və xarici mətbuat nümayəndələrinə qısa açıqlama verməsi gözlənilir.
18:49
Vaşinqtonda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirozyanın görüşü baş tutub.
Bu barədə XİN məlumat yayıb.
Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.
A bilateral meeting of Foreign Ministers of #Azerbaijan @Bayramov_Jeyhun and #Armenia @AraratMirzoyan has just started in Washington D.C. pic.twitter.com/juWvUBrD5o
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 7, 2022
08:48
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşün keçirilməsi nəzərdə tutulub.
"Antoni Blinken" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri Suriya ilə bağlı proqnozunu açıqlayıb
- Antoni Blinkendən İranla bağlı sensasiyalı bəyanat
- Qərbi Azərbaycan İcması: "ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib"
- Antoni Blinken Türkiyəyə səfər edib
- Qərbi Azərbaycan İcması ABŞ-nin dövlət katibini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırdı