Çin Qarabağ münaqişəsi tərəflərinin yaranan vəziyyəti sülh danışıqları ilə həll edəcəklərinə ümid edir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Çin Xalq Respublikası XİN-in rəsmi nümayəndəsi Hun Ley bildirib.
“Biz ümid edirik ki, müvafiq tərəflər təmkin, sakitlik nümayiş etdirəcək və hazırkı vəziyyəti sülh danışıqları vasitəsilə həll edəcəklər”, - Hun Ley deyib.