Çin İrandan vətəndaşlarının təxliyəsinə köməyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyatsyun brifinq zamanı bəyan edib.
O, İrandan 3 125 Çin vətəndaşın təhlükəsiz təxliyəsinin həyata keçirildiyini bildirib.
"Təxliyə olunanlar arasında onaylıq körpə, 70 yaşlı vətəndaş, eləcə də Honkonq və Tayvandan olan şəxslər var. Hazırda İrandan çıxmaq istəyən bütün Çin vətəndaşları təhlükəsiz şəkildə təxliyə olunub. Çin hökuməti tərəfindən İranda genişmiqyaslı, planlı və nizamlı təxliyə prosesi uğurla başa çatdırılıb", - deyə nümayəndə bildirib.
Bununla yanaşı, Çinin İsraildəki səfirliyi də 500-dən çox Çin vətəndaşının İsraildən təhlükəsiz şəkildə təxliyəsini təşkil edib. Səfirlik, həmçinin Böyük Britaniya, Hindistan və Polşadan olan bəzi vətəndaşların təxliyəsində də yardım göstərib.
"ÇXR vətəndaşlarının eskalasiya zonasından təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya kimi ölkələr Çinə dəyərli dəstək göstəriblər. Bu səmimi və dəyərli yardımlara görə onlara dərin təşəkkürümüzü bildiririk", - deyə Qo Tszyatsyun bildirib.
Qeyd edək ki, 21 iyun tarixinə 740-dan çox Çin vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.