Əfsanəvi şərhçi, Amerikanın CNN telekanalının keçmiş aparıcısı Larri Kinq “Ayastan” Ümumerməni fondunun bu il Los-Ancelesdə təşkil etdiyi “Telemarafon-2013” da iştirak edib.
Oxu.Az Armenian Today-a istinadən xəbər verir ki, televerici qondarma “DQR”-in “prezidenti” Bako Saakyanla söhbət edib və o, aparıcını Qarabağa dəvət edir.
Dəvət qəbul edilib. Bu barədə marafonun canlı efirində arxiyepiskop Ovnan Terteryan bildirib.
Onun sözlərinə görə, böyük ehtimalla Larri Kinq yaxın vaxtlarda “DQR”ə gedəcək.