Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

COP29: UNICEF və ÜST uşaqların sağlamlığı naminə təcili tədbirlərlə bağlı çağırış edib
UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COP29 konfransı çərçivəsində "İqlim dəyişikliyi ilə mübarizə tədbirləri üzrə sağlamlıq arqumenti" adlı birgə tədbir təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə UNICEF-in "X" sosial şəbəkəsindəki səhifəsinə istinadən məlumat yayılıb.
Müzakirələrdə İspaniyanın Baş naziri Pedro Sançes də iştirak edib.
Tədbirdə "Tərəqqiyə təhlükə: iqlim dəyişikliyinin uşaqların sağlamlığına və rifahına təsirinə qarşı mübarizə" adlı hesabat təqdim olunub. Hesabatda təcili tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden uşaqların iqlim böhranı qarşısında xüsusi həssaslığını qeyd edərək, təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
'When people understand the impact of climate change on children it changes the discussion - what this is doing to the children of the world, in all countries.
— UNICEF Media (@UNICEFmedia) November 13, 2024
‘If we show what is happening to children, people care about that.'@unicefchief speaks to @BeckyCNN at #COP pic.twitter.com/MPSydUVTjA
"COP29" teqi üzrə xəbərlər
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"
- "Azmade Group" 2024-cü ilə yekun vurdu: "Bizə uğur yaraşır!"
- Güclü iqtisadiyyat, etibarlı tərəfdaşlıq, qarşılıqlı etimad: Əməli ilə sözü bir olan Azərbaycan
- İlham Əliyev: "Qlobal Cənub dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir"