Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
Oxu.Az xəbər verir ki, köç edən sakinlərə mənzillərinin açarları təqdim olunub.
Qeyd edək ki, Cəbrayıl şəhərinə köçürülən 44 ailənin (166 nəfər) 34-ü (121 nəfər) Bakı şəhərindən, 10-u isə (45 nəfər) Biləsuvar rayonundan yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı iyulun 30-da Bakı şəhərinin Qaradağ rayonundan yenidən qurulan Cəbrayıl şəhərinə yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 44 ailə - 166 nəfər nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Oxu.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı iyulun 30-da Bakı şəhərinin Qaradağ rayonundan yenidən qurulan Cəbrayıl şəhərinə yola salınır.
Bu mərhələdə Cəbrayıl şəhərinə 44 ailə - 166 nəfər nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Rövşən Əsədov