Daxili İşlər Nazirliyində (DİN) yeni baş idarə yaradılıb.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı müddəa Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərmanda yer alıb.
Sənədə əsasən, DİN-də Maddi-Texniki Təminat Baş İdarəsi yaradılıb.
Əvəzində, DİN-in Əsaslı Tikinti İdarəsi ləğv edilib.