Deputatlara parlamentin 100 illiyi ilə bağlı xatirə medalını əvəzləyən döş nişanı verilsin.
Oxu.Az xəbər verir ki, bu təkliflə millət vəkili Siyavuş Novruzov parlamentdə çıxış edib.
O qeyd edib ki, belə bir nişana ehtiyac var:
“Niyə özümüz ömüzüzə medal təsis etmirik? Elə millət vəkilləri var ki, neçə illərdir burada əyləşirlər. Bizə xatirə medalları verilib. Ancaq onları üstümüzdə gəzdirmək mümkün deyil. Onu muzeylərə verə bilərik, yaxud qocalanda nəvələrimizə göstərə bilərik. Ancaq daşına bilən döş medalına ehtiyac var. Olmazmı belə bir medal təsis edək və deputatları təltif edək”.
S.Novruzovun bu təklifi həmkarları tərəfindən alqışlarla qarşılanıb.
Deputat Vahid Əhmədov da həmkarına dəstək verib.
Millət vəkili qeyd edib ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı başqa qurumlara medallar təsis edib verirlər:
“Amma biz - millət vəkilləri belə bir medalla təltif edilmirik. Bəlkə, belə medal verilməyə Milli Məclisdə layiqli adam yoxdur? Bu, çox ciddi məsələdir. Onsuz da Milli Məclisin səlahiyyətlərini əlindən almısınız. Bir medal nədir ki, onu deputatlara vermirsiniz? Bu, elə bir məqamdır ki, biz özümüzə qiymət verməliyik. Belə olmaz axı?!”
Buna cavabında birinci vitse-spiker Ziyafət Əsgərov isə belə deyib:
“Əvvəla, qeyd edim ki, xatirə medalları deputatlara verilib. İkincisi, Milli Məclisin kifayət qədər səlahiyyətləri var. Cümhuriyyətin 100 illiyi ilə bağlı deputatlara medal verilməsi məsələsini müzakirə etmək olar. Lazım olsa, bu məsələ müzakirə olunub, qərar verilər”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az