Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat: “Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinə son verməlidir” - FOTO
“Son günlər Ermənistan növbəti dəfə Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etməyə cəhd göstərib. Bu da ölkəmizin ərazi bütövlüyünü yenidən şübhə altına almış olur”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, ermənilər Azərbaycan Silahlı Qüvvələrinin bu və ya digər hərəkətinə qiymət vermək “hüquq”unu göstərməyə çalışırlar:
“Görünür, Ermənistan 44 günlük Vətən müharibəsi dövründəki ağır məğlubiyyətindən hələ yetərincə siyasi nəticə çıxarmayıb. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmağa heç vaxt imkan verməyəcəyimizi hələ də özü üçün bir qaydaya çevirə bilməyib.
Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazisində hansısa yerdəyişmə etməsinə Ermənistanın qiymət verməsi yolverilməz hərəkətdir”.
A.Mirzəzadə bildirib ki, Azərbaycanın rəsmi hakimiyyət orqanları bu məsələ ilə bağlı öz mövqelərini qəti şəkildə ortaya qoyublar:
“Azərbaycan Ordusu üzərinə qoyulan vəzifələri yetərincə yerinə yetirir, yəni bu məsələdə Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırıqlar, ərazi bütövlüyümüzün yerinə yetirilməsi üçün atılan addımlar ölkəmizin Konstitusiyasına, beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, dislokasiyanın dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmizin Silahlı Qüvvələrinin hərəkətinə qiymət vermək cəhdlərinə son qoymalıdır”.
“Ermənistan “Dəmir yumruğ”un hələ də qüvvədə olduğunu və Azərbaycanın heç vaxt öz ərazi bütövlüyünü kiminsə pozmasına imkan verməyəcəyini özü üçün birmənalı şəkildə qəbul etməlidir. Bu baxımdan, Azərbaycan ictimaiyyəti Ermənistanın hərəkətlərinə qəti etirazını bildirir və ərazi bütövlüyümüzün qorunmasını təmin etmək üçün bütün dəstəyini nümayiş etdirir”, - deputat əlavə edib.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Ədalət necə bərpa olundu? - 20 Yanvar hadisələrinin "Qarabağ" kulminasiyası
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Azərbaycanın Türkiyə, İtaliya və Macarıstanla hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub
- Ermənistandan Azərbaycana qarşı daha bir təxribat: "Rəhbərlik gülünc bəhanələr gətirir"
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq