Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat Gürcüstanla münasibətlərdən danışdı
Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb.
Oxu.Az xəbər verir ki, bu fikirləri Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əflatun Amaşov deyib.
Qeyd edək ki, səfərdə millət vəkillərindən Rasim Musabəyov, Hikmət Məmmədov, Kamilə Əliyeva, Pərvin Kərimzadə və Naqif Həmzəyev də iştirak edirlər.
İşçi Qrupunun rəhbəri deyib ki, Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır.
Ə.Amaşovun sözlərinə görə, səfərin məqsədi qanunverici orqanlar arasında əlaqələrin genişlənməsinə dair məsləhətləşmələr aparmaq, eyni zamanda, burada yaşayan soydaşlarımızın həyat tərzi və qayğıları ilə maraqlanmaqdır.
O bildirib ki, Azərbaycan prezidentinin xarici siyasətində Gürcüstanla əlaqələrin inkişafı xüsusi yer tutur.
Kamil HƏMZƏOĞLU
www.oxu.az