Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat müharibə əlillərinin pensiyasının dayandırılması məsələsinin araşdırılmasını istəyib
"Birinci Qarabağ müharibəsi əlillərinin pensiya təminatı ilə bağlı məsələ illərdir davam edir. Son illər bir neçə Birinci Qarabağ müharibəsi əlilinin pensiya təminatı dayandırılıb. Onlar narazılıqlarını bildirirlər".
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında deputat Azər Badamov deyib.
Deputat bildirib ki, həmin vətəndaşlar əlilliyin dayandırılması ilə bağlı yenidən müraciət etdikdə onlara mənfi cavab verilir:
"Mümkündürmü ki, həmin vətəndaşlar onlayn şəkildə deyil, əyani qəbul olunsunlar və əlillikləri bir daha dəyərləndirilsin? Nəyə görə əlillikləri dayandırılıb, birbaşa izah olunsun".
Komitə sədri Musa Quliyev isə qeyd edib ki, şikayət varsa, əyani şəkildə əlilliyin təyinatı üçün görüşlər aparılır:
"Bəlkə, seçiciləriniz bunu bilmirlər. Amma bu məlumatı onlar bilməlidirlər".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ
- 20 Yanvar faciəsindən 35 il keçir
- Deputat: "Gürcüstan və Azərbaycan bu gün regional güc mərkəzinə çevriliblər"
- Deputat: "Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərin yaradılması gündəmdədir"
- Nigar Məmmədova: "Ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır"