Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputatdan korpus komandanının istefasına REAKSİYA: “Məlumat gizli olmalıdır”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə 3-cü Ordu Korpusunun (Şəmkir korpusu) komandanı general-mayor Mübariz Rzayevin vəzifəsindən azad olunmasına münasibət bildirib.
Oxu.Az-ın məlumatına əsasən, Aydın Mirzəzadə özünün “Facebook” səhifəsində Mübariz Rzayevin ehtiyata buraxılmasından sonra başlanan müzakirələri düzgün hesab etmədiyini bildirib.
“Bu tip məsələlərin müzakirəsini düzgün hesab etmirəm”, - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, bəzi dövlət strukturlarının ali rəhbərlərindən başqa aşağı pillə vəzifə təsnifatı və o vəzifəni yerinə yetirənlər haqqında məlumatlar gizli olmalıdır.
Qeyd edək ki, Mübariz Rzayev bu ilin martında Şəmkir korpusunun komandanı vəzifəsinə təyinat alıb.
General-mayor bu ilin dekabrında öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.
Bundan sonra başlanan müzakirələrdə belə iddialar səslənir ki, Mübariz Rzayevin istefasına səbəb Müdafiə Nazirliyinin rəhbərliyi ilə aralarında fikir ayrılığının olmasıdır.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Azərbaycanın 2024-cü ildə vəfat edən məşhurları
- Müstəqilliyin Konstitusiya Aktı: Azərbaycanın yol xəritəsi
- Hərbi cinayətkar Ruben Vardanyan 15-dən çox maddə ilə ittiham olunur: ÖLÜM HÖKMÜ çıxarıla bilərmi?
- Vüqar Bayramov: "Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb"