Azərbaycanın Milli Məclisinin deputatı Aydın Mirzəzadəyə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, dünən günorta saat 14:40 radələrində deputatın atası Böyükkişi Mirzəzadə dünyasını dəyişib.
Deputat bu barədə Facebook-da yazıb:
“Atamı itirdim.
Atam bəy nəslindən Böyükkişi Abbas oğlu 89, anam tacir qızı Firəngiz Əliquzu qızı 79 il yaşadı. Atam 18 mayda, anam 11 iyunda dünyalarını dəyişdilər. Anam bazar günü saat 14-40-da dünyasını dəyişdi. Atam bazar günü saat 14-40-da dünyasını dəyişdi”.
Allah rəhmət eləsin!