Bir neçə gün bundan öncə internetdə Bakının küçələrində nasist geyimində gəzən bir gəncin görüntüləri yayılmışdı. Bu kadrlarda gənc qara hərbi ayaqqabıda, hərbi şalvar və üzərində II Reyxin gerbinin təsviri olan qara maykada idi. Kadrlarda həmçinin gəncin nasist salamını verərək “Ziq” qışqırdığı da eşidilir.
Oxu.Az xəbər verir ki, bir müddət sonra kimliyi bəlli olub, onun 23 yaşlı Göyçay rayon sakini Taleh Rafael oğlu Qəhrəmanov olduğu aydınlaşdırılır.
Öz qeyri-adi davranışına aydınlıq gətirmək üçün Taleh bəyanat verməyi qərara alıb. Onun sözlərinə görə, bu, heç bir siyasi məğzi olmayan uğursuz zarafat idi.
Oxuculara həmin videonu təqdim edirik: