Azərbaycan bodibilderləri Avropa çempionatında uğurla çıxış ediblər.
Oxu.Az xəbər verir ki, çempionatda çıxış edən Azərbaycan təmsilçiləri iki medal qazanıblar.
Teymur Aslanov 70 kq çəki kateqoriyasında 2-ci yeri, Vüqar Verdiyev isə 90 kq çəki kateqoriyasında 3-cü yeri tutub.