Paytaxtda 46 dərəcə istilik qeydə alınıb.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu göstərici paytaxtın avtobus dayanacaqlarında yerləşdirilən bəzi elektron tablolarda əks edilib. Maraqlısı odur ki, şəhərin ayrı-ayrı yerlərindəki tablolarda havanın hərarəti fərqli göstərilir.
Gün altında havanın temperaturunun göstəricisi 43, kölgədə isə 30-36 dərəcə göstərilib.
Daha çox gün düşən avtodayanacaqlarda isə hərarət 46 dərəcəyə kimi yüksəlib.
Qeyd edək ki, son günlər paytaxtda anomal istilər müşahidə olunur.