Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Deputatlığa namizəd Ülvi Quliyev seçicilərlə görüşüb
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində 15 saylı Yasamal I seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ülvi Quliyev seçicilərlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ülvi Quliyev "Facebook" səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
"Bu gün seçki qərargahında komanda üzvlərimizlə qarşıdakı günlərdə görüləcək işləri bir daha müzakirə etdik. Müşahidəçi və məşvərətçilərə hüquq və vəzifələri barədə müvafiq izahlar verildi. Qərara gəldik ki, təbliğat-təşviqat materiallarını daha çox seçiciyə çatdırmaq üçün fəaliyyətimizi intensiv şəkildə davam etdirək. Komandamızın üzvlərinə, dostlara səmimi iştiraklarına görə təşəkkür edirəm".
Ülvi Quliyevin komandası, həmçinin seçicilərin evinə gedərək təşviqat kampaniyası aparıb.
"Seçicilərlə ev-ev, məhəllə-məhəllə görüşlərimiz davam edir. Komandamızın üzvləri çalışırlar ki, daha çox seçici ilə görüşüb hazırladığımız materialları onlara təqdim etsinlər. Bu işi, seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi, avqustun 31-dək hər gün davam etdirəcəyik", - deyə paylaşımda bildirilib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda yumurtanın qiyməti ilə bağlı ZİDDİYYƏT
- Azərbaycanın istilik təchizatı sektorunda tənzimləyicinin vəzifələri açıqlanıb
- İstilik istehsalı və paylanması üçün nəzərdə tutulmuş istilik qurğuları tələblərə uyğun olmalıdır
- Azərbaycanda istilik qurğularının istismarı üzrə təhlükəsizlik tədbirləri həyata keçiriləcək
- Fuad Sadıqov: "Kənd təsərrüfatı təyinatlı ərazilərin 30%-i sığortalanıb"