Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?
Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir.
Oxu.Az-ın xəbərinə görə, hazırda təqdim edilən sənədlərdə məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edilməsi mərhələsidir.
Sənədlərə dairə seçki komissiyalarına qəbul edildikdən sonra yeddi gün müddətində baxılmalıdır.
Xatırladaq ki, namizədlərin sənədləri təqdim etmələri mərhələsi 2019-cu ilin dekabrın 21-də başlayıb, 2020-ci ilin yanvarın 10-u saat 18:00-dək davam edib.
Deməli, namizədlərin qeydə alınması prosesi yanvarın 16-da bitəcək.
Yanvarın 17-dən etibarən isə deputatlığa namizədlərin təşviqat kampaniyasına start veriləcək. Seçki prosesinin bu mərhələsi fevralın 8-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər bu ilin fevralın 9-da keçiriləcək.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Ermənistanın siyasəti iflasa uğradıldı: Keçmiş prezidentlər özlərini necə ifşa etdilər?
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış