Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilib
“Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında dövlət məvacibinin, aylıq əlavənin və digər təminatlarla bağlı ödənişlərin həyata keçirildiyi valyutaların növləri”nin cədvəlinə Slovakiya Respublikası, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsallar”ın cədvəlinə Bratislava şəhəri, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı”nın cədvəlinə isə İsrail Dövləti əlavə edilib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Bakıda Sahibsiz Heyvanlara Qayğı Mərkəzi YARADILDI
- Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik olunub
- Vəkillərə dövlət hesabına ödənilən hüquqi yardımın məbləği artırılıb
- Müdafiə Nazirliyinin hərbi qulluqçularının rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib
- Heydər məscidi və bir neçə tikiliyə memarlıq abidəsi statusu verilib