Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Direktor: "ABŞ və Ermənistanın imzalayacağı sənədin icrasının hansı səviyyədə olacağı sual doğurur"
"ABŞ-lə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin xarici işlər nazirləri səviyyəsində imzalanması faktiki olaraq bu sənədin əhəmiyyətini azaldır".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "ARB24" telekanalında Ermənistan XİN-in ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ilə bağlı məlumatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin tələskənliyinin izahı Donald Tramp prezident səlahiyyətlərinin icrasına başlayarsa, belə bir sənədin qısa zamanda imzalanmasının mümkün olmaması ilə bağlıdır:
"Əgər sənəd imzalanarsa, bu, Ermənistanın daxili auditoriyası üçün yaxşı xəbər olacaq. Çünki Ermənistanın ABŞ ilə tərəfdaş olması, tərəfdaşlığını inkişaf etdirəcəyi və s. buna bənzər fikirlər yayılacaq. Amma bunun praktiki olaraq icrasının hansı səviyyədə olacağı sual doğurur. Ola bilər ki, hansısa formada Ermənistanla tərəfdaşlıq edilsin, lakin bunun üçün bir-iki il tələb olunacaq. Çünki Tramp administrasiyanın Ermənistanın problemləri ilə məşğul olmağa vaxtı olmayacaq".
F.Hüseynəliyev Bayden administarasiyası üçün bu sənədin imzalanmasının heç bir məsuliyyətinin olmadığını bildirib:
"Çünki bir həftədən sonra bu administrasiya artıq olmayacaq. Burada lobbinin xahişi, yaxud təzyiqi ola bilər".
"Donald Tramp" teqi üzrə xəbərlər
- KİV: "Tramp neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq"
- İlon Maska Ağ Ev kompleksində şəxsi ofis veriləcək
- Tramp Kaliforniyada meşə yanğınlarının vurduğu ziyanı nüvə zərbəsi ilə müqayisə etdi
- Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi
- Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağına söz verdi