Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dövlət Departamenti: "Bakı ilə İrəvan arasında davam edən müzakirələr bizim üçün prioritetdir"
"Azərbaycan və Ermənistanla Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik".
"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.
O bildirib ki, iki ölkə arasında davam edən müzakirələr ABŞ Dövlət Departamenti üçün prioritetdir:
"Şübhəsiz ki, sammit çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik. Sadəcə, hələlik konkret gündəliklə danışmaq istəmirəm".
Qeyd edək ki, NATO sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək və sammitdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyi gözlənilir.
"ABŞ Dövlət Departamenti" teqi üzrə xəbərlər
- Miller: "ABŞ Azərbaycanla Ermənistan arasında sülh sazişini heç vaxt COP29-la əlaqələndirməyib"
- "Prezident İlham Əliyev ABŞ-nin xarici siyasətinin gücünü ifşa etdi" - ŞƏRH
- Prezident İlham Əliyev: "Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır"
- Dövlət Departamenti seçkiyə təsir etməyə cəhd edən iranlılarla bağlı məlumat üçün mükafat vəd etdi
- ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib