Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dövlət Departamenti Xəzərin statusu ilə bağlı Konvensiyanı şərh etmir
ABŞ Dövlət Departamenti avqustun 12-də Beşinci Xəzər sammiti çərçivəsində imzalanması gözlənilən Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanı şərh etməyə hazır deyil.
Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyinə ABŞ Dövlət Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos məlumat verib:
“Hansısa şərh vermək hələ tezdir, çünki bizə razılaşmanın təfərrüatı məlum deyil”.
Bir müddət öncə Kremlin mətbuat xidməti bəyan edib ki, avqustun 12-də Qazaxıstan keçiriləcək Xəzər sammitində 1996-cı ildən bəri üzərində iş aparılan Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalanacaq.
Bu məsələnin həll olunmaması Avropaya qaz nəqli həyata keçirəcək Trans-Xəzər qaz kəmərinin tikintis üçün maneələrdən biri sayılır.
Bundan əvvəl, Kampos bildirirdi ki, ABŞ Rusiya qazının Avropaya nəqli ilə ciddi rəqabət apara biləcək “Cənubi Qaz Koridoru” layihəsini dəstəkləyir.