Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
 (1):1200.jpg)
Dövlət əmlakının özəlləşdirilməsi haqqında fərman imzalandı
Azərbaycan Prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, fərmana əsasən, dövlət əmlakının özəlləşdirilməsinin Azərbaycan Respublikası Prezidentinin qərarları ilə həyata keçirdiyi müəyyən edilir.
Fərmana əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır.
Fərmana əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, eləcə də cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində dövlət başçısına təqdim etməlidir, həmçinin bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Fərmana görə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, bu Fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırmaq tapşırılır.
Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi, bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırmalı və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Əmlak Məsələləri Dövlət Komitəsinə, bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş və barəsində özəlləşdirmə əqdi bağlanmış dövlət əmlakının özəlləşdirilməsi prosesini ən qısa müddətdə başa çatdırmaq və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır.
www.oxu.az
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Şuşaya səfərindən videoçarx paylaşıb
- Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdam səfərindən videoçarx paylaşıb
- İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında