Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Oxu.Az bu barədə President.az-a istinadən xəbər verir.
Sərəncamla Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilir:
"Gömrük xidməti general-polkovniki" ali xüsusi rütbəsi
Şahin Soltan oğlu Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
"Gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi
Fuad Elxan oğlu Məmmədov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;
Fuad Mikayıl oğlu Aslanov - Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi;
Elmir Bahadur oğlu Ramazanov - Bakı Baş Gömrük İdarəsinin rəisi.