Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dövlət orqanlarının təminedici və yardımçı struktur bölmələrinin siyahısı təsdiqləndi
Prezident İlham Əliyev "Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Oxu.Az bildirir ki, bu barədə President.az xəbər verir.
Fərmanla:
- Təminedici struktur bölmələrə - dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətləri bilavasitə həyata keçirən şöbə və sektorlar, həmçinin hüquq, dövlət qulluğu və insan resurslarının idarə edilməsi, maliyyə və mühasibat uçotu, iqtisadiyyat, strateji inkişaf (planlaşdırma), beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr (mətbuatla iş), sənədlərlə və vətəndaş müraciətləri ilə iş, informasiya texnologiyaları, məxfi (xüsusi) şöbə və sektorlar;
- Yardımçı struktur bölmələrə - dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı təminatı həyata keçirən şöbə və sektorlar (işlər idarəsi, təsərrüfat, təminat və digər) aid edilir.
Həmçinin, "İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə təminedici və yardımçı bölmələrin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 22 oktyabr tarixli 937 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 542 (Cild I) ləğv edilir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevin sosial şəbəkə hesablarında Pezeşkianın Bakı səfərindən görüntülər paylaşılıb
- Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
- Prezident Pezeşkian: "İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər"
- Azərbaycan Prezidenti: "Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir"
- İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edilib